star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İtkin düşən alimlər tapıldı: təxliyə edildilər

İtkin düşən alimlər tapıldı: təxliyə edildilərDağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb.

Bu barədə Axar.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - o qeyd edib.

F.Əliyevin sözlərinə görə, həmin şəxslər bu bölgəyə Quba ərazisindən daxil olublar.

İtkin düşənlərdən biri – Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, itkin düşənlər - Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.

***

Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə ediliblər.

Alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən İsmayıllıya gətirilirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər