Niyaməddin Orduxanlı Güvən Rehab Reabilitasiya Mərkəzində tədbir keçirib

Niyaməddin Orduxanlı Güvən Rehab Reabilitasiya Mərkəzində tədbir keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsinin tədbiri
Güvən Rehab Reabilitasiya Mərkəzində keçirilib.

Bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Layihə rəhbəri olan Orduxanlı bildirib ki, rəhbərlik etdiyi təşkilat ilk dəfə olaraq asılılıqdan əziyyət çəkən şəxslərlə görüş keçirirdi:" İlk olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Güvən Rehab Reabilitasiya Mərkəzinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Çox yüksək səviyyədə tədbir keçirildi: " Layihənin əsas istiqamətlırindən biri də narkomaniya ilə mübarizədir. Narkomaniya bəşəri bir bəladır. Bu gün ən inkişaf etmiş öləkərdə belə narkomaniya geniş vüsət alıb. Azərbatcanda bunun qarşısının alınmasını Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva proritet istiqamət olaraq hədəfləyib. Görüş iştirakçılarının diqqətinə Azərbaycanda narkomaniyanın geniş yayılmasında birbaşa İran dövlətinin apardığı siyasətin olduğunu da diqqətə çatdırdım. Bu, İranın Azərbaycana qarşı dövlət siyasətinin və məqsədli şəkildə oldunduğunu və gələcək nəisllərin, genofondumuza böyük zərbə vurulması üçün oldunduğunu bildirdim. Dövlətimizin amansız mübarizəsinin şahidiyik. DTX-nın, DİN, Sərhəd Xidmətinin hər gün İrandan gələn narkotik daşıyanların həbs olunduğunu da xüsusi olaraq qeyd edirəm. Son dövrlər bu cür Mərkəzlərin, Güvən Rehabı- fəaliyyətini yüksək qiymətləndirirəm. Əslində düşünürəm ki, müvafiq dövlət qurumları bu cür mərkəzləri bütün imkanları ilə dəstək verməlidir. Axı bildiyim qədər sizin mərkəz yarandığı gündən bu günə qədər yüzlərlə insanı narkotik bəlasından xilas edib və onun yenidən cəmiyyətə geri qaytardıb. Bizim təşkilatın işinin əsasını əhalinin sağlamlığının qorunmasıdır. Xüsusən gəncləri qorumalıyıq. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlarla maksimum çalışırıq ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Mərkəzdəki görüşdə iştirak edən 50 şəxsə hazırladğımız maarifləndirci buklet, xüsusi maykalar, digər vəsaitləri təqdim etdik. Layihənin icra planına uyğun olaraq növbəti görüşmüzü də bu cür mərkəzlərdə keçirməyi düşünürük."

Daha sonra Güvən Rehab Mərkəzinin proqram rəhbəri İlqar Ağayev çıxış edib. Onun sözlərinə görə, mərkəz

2018 - ci ildən fəaliyyətə başlayıb:" Rəhbərimiz Rusiyadan gətirilmiş mütəxəssislərlə birgə Azərbaycanda narkomaniyadan, alkoqolizmdən və iqromaniyadan əziyyət çəkən insanlar üçün ilk Reabilitasiya Mərkəzinin təməlini qurmuşdur. Daha sonralar isə "Güven Rehab" adı ilə öz fəaliyyətini davam etdirir. Mən "Güvən Rehab" Reabilitasiya Mərkəzinin Proqram rəhbəri İlqar Ağayev olaraq bildirmək istəyirəm ki, bu illər ərzində mərkəzimiz yüzlərlə insanın sağlam həyata qayıtmasına kömək olmuşdur. Dövlətimizin bizə verdiyi mənəvi dəstəyə görə üçün sonsuz minnətdarıq. Qeyri - Hökumət Təşkilatının sədri Niyaməddin Orduxanlıya bu gün mərkəzimizdə iştirak etdi və dövlətimizin tam dəstəyini bizə hiss elətdirdi və buna görə ona dərindən təşəkkür edirik. Bu cür görüşlər keçirilməsi, təşkil edilməsi çox önəmli bir hadisədir. Dövlət Agentliyinin narkotiklə mübarizə istiqamətini dəstəkləməsini də təqdir edirik. Biz hər bir vətəndaşımızı qorumalıyıq ki, heç zaman bu bəlanın qurbanlarından birinə çevrilməsin. Bütün səylərimizi birləşdirməliyik!"


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər