Müvəkkil Hüquq Mərkəzinin sədri araşdırmalarla bağlı Qozulca kəndinin sakinləri ilə görüşüb - FOTOLAR

Müvəkkil Hüquq Mərkəzinin sədri araşdırmalarla bağlı Qozulca kəndinin sakinləri ilə görüşüb - FOTOLARMüvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq, Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə bağlı layihənin rəhbəri hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov layihə çərçivəsində Dərələyəz mahalının ən böyük kəndlərindən biri olan Qozulca kəndinin Bakıda yaşayan ən yaşlı sakinləri ilə görüşüb. O, 1937-ci ildə Dərələyəz mahalının Qozulca kəndində doğulmuş deportasiyadan sonra isə Şərur rayonunun Oğlanqala kəndində yaşamış Quluyev Məzahir Həmzə oğlu kəndlə bağlı xatirələrini qeydə alıb: “1935-ci ildə Dərələyəz mahalının Qozulca kəndində doğulmuş Məmmədov Bayram Həbib oğlunun xatirələrini həyacansız dinləmək mükün deyil. 1950-ci ildə Bərdə rayonuna deportasiya edilmiş, sonra oradan doğma kəndləri Qozulcaya qayıtmaq istəsələrdə mükün olmadığına görə Şərur rayonunun Dizə kəndinə köçmək məcburiyyətində qalan Məmmədovlar ailəsinin keşmə-keşli həyat hekayəsi Qərbi Azərbaycanlıların əzablı ömür yoluna işıq salan ən bariz nümunələrdəndir. Görüşdə Qarabağ müharibəsi iştirakçıları Əhməd Vəkilov, Mobil Vəkiloğlu və Möhübbət Səmədoğlu da (Hacı Möhübbət Dərələyəzli) iştirak ediblər”.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər