star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıb

"QHT-lərin II İnkişaf və Mübadilə proqramı” başa çatıbAvqustun 27-də Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan “QHT-lərin II
İnkişaf və Mübadilə proqramı” başa çatıb.

3 gün ərzində təlimlərdə iştirak edən 90-a yaxın QHT təmsilçisi "Dataların yığılması və analizi", "Layihələrin hazırlanması və icra mərhələləri: “Logframe” - “Məntiqi çərçivə”nin hazırlanması və dizaynı”, “Layihə strategiyasının hazırlanması”, “Layihələrin monitorinqi və qiymətləndirilməsi" kimi mövzularda bilik və bacarıqlarını artırıblar, beynəlxalq istiqamətdə fəaliyyətin genişləndirməsi üçün “yol xəritəsi” ilə tanış olublar.

Təlimçilər - ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov iştirakçılara yüksək motivasiya və fəallıq nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Eyni zamanda təlim iştirakçıları proqramla bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, əldə etdikləri bilik və bacarıqlar onlara daha səmərəli formada işlərini təşkil etməkdə güclü metodiki dəstək olacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi təlimləri uğurla başa vuran iştirakçılara sertifikatları təqdim edib.

Qeyd edək ki, “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” ötən il Mingəçevirdə keçirilmişdi. Ümumilikdə, bölgələrdə təşkil olunan bu proqramlarda 218 QHT iştirak edib.

Agentlik QHT-lərin inkişafı naminə dövlət dəstəyini regionların və ictimai birliklərin ehtiyaclarını nəzərə almaqla, bundan sonra da davam etdirəcək.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər