Sabirabadda “Qadına qarşı zorakılıq və sosial ədalət” adlı dəyirmi masa keçirilib - FOTOLAR
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi “Qadına qarşı zorakılıq və sosial ədalət” tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Sabirabad rayonunda dəyirmi masa keçirib.
Birliyinin sədri, layihə rəhbəri Nailə İsmayılova QHT.az –a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən icrasına başlayıb: “Sabirabad Rayonu İcra Hakimiyytinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrəməsləhətçi-psixoloqu Nazim Sultanov Sabirabadda layihəmizin mövzusuna uyğun, əsasən gender əsaslı, eyni zamanda qadın zorakılığına qarşı mübarizəylə bağlı görülən işlər haqqında qısa məlumat verib. Sonra mən iştirakçılara layihə barəsində geniş məlumat verdim və müzakirələrdə aktiv iştirak etmələrini xahiş edib. Müzakirələrdən öncə layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olundu. Sosial çarxın nümayişindən sonra dəyirmi masa ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı iştirakçılar şəxsən özləriylə bağlı baş verən hadisələrdən bəhs edərək rayonda fəaliyyət göstərən müxtəlif qurumlardan dəstək alaraq öz ayaqları üstündə dayanmaları üçün müxtəlif peşə sahələri üzrə kurs keçdiklərini bildiriblər. Lakin bəzi xanımlar kameradan kənar bizimlə özfikirlərini paylaşıblar”.
QHT sədri bildirib ki, layihə üzrə ekspert – “Azad Həmfikirlər” Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Səbinə Əliyeva və aparıcı mütəxəssisi Şamama xanım, Sabirabad rayonu Qadın Resurs mərkəzinin rəhbəri Aygün Əliyeva öz çıxışlarında rayon ərazisində yaşayan qadınlarla görülən işlərdən danışıblar.
Qeyd edək ki, İştirakçılara layihə çərçivəsində hazırlanan məlumatlandırıcı kitabçalar təqdim olunub. Növbəti dəyirmi masa 25 avqust 2023-cü il tarixində Ağdaş rayonunda keçiriləcək.


Son xəbərlər
