star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Saatlıda “Qadına qarşı zorakılıq və sosial ədalət” adlı dəyirmi masa keçirilib

Saatlıda “Qadına qarşı zorakılıq və sosial ədalət” adlı dəyirmi masa keçirilib“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi “Qadına qarşı zorakılıq və sosial ədalət” tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Saatlı rayonunda dəyirmi masa keçirib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən icrasına başlayıb.

Birliyin sədri, layihə rəhbəri Nailə İsmayılova bildirib ki, Saatlı rayonunda keçirilən tədbirdə iştirakçılara layihə barədə və görülən işlərlə bağlı geniş məlumat verib: “Layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olunub. Sosial çarxın nümayişindən sonra dəyirmi masa ətrafında diskusiya və polemika şəklində geniş müzakirələr aparılıb. Müzakirələr zamanı iştirakçılar rast gəldikləri və şahidi olduqları keyslər haqqında danışaraq öz fikirlərini bildiriblər. Layihənin əsas məqsədi qadına qarşı zorakılığın başvermə səbəbləri barədə tədqiqat işlərinin aparılması, təhlili və zorakılığın qarşısının alınmasının çıxış yolları, eyni zamanda sosial ədalətin bərqərar olunması haqqında ictimaiyyətin məlumatlandırılması olduğundan dəyirmi masaya dəvət olunan qonaqlar da mövzunun aktuallığını xüsusilə vurğulayaraq layihənin ideya müəlliflərinə və icraçılarına minnətdarlıqlarını bildiriblər”.

Nailə İsmayılova həmçinin bildirib ki, tədbirdə layihə üzrə ekspert “Azad Həmfikirlər” Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva layihənin mövzusunun aktuallığını, bu sahədə həm dövlətin müvafiq qurumları, həm də QHT-ları tərəfindən görülən maarifləndirmə işlərini təqdir edib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və Saatlı rayon gender zorakılığının monitorinq qrupunun üzvü Aidə İbrahimova çıxış edərək Saatlı rayonunda qadınlara qarşı zorakılığın qarşısının alınmasıyla bağlı aparılan maarifləndirmə işlərindən danışıb. O, hətta maarifləndirmə işləriylə bağlı rayonun ən ucqar kəndlərinə səfər edərək qadınlar, eyni zamanda onların ailə üzvləri arasında dialoq qurmağa çalışdıqlarını xüsusi vurğulayıb. Digər qonaqlar – Saatlı RMX-nın RHŞ-nin ASM şöbəsinin mama-ginekoloqu, şöbə müdiri Arzu Əsədova, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları dəyirmi masa iştirakçıları qarşısında öz dəyərli fikirlərini ifadə ediblər. Sonda dəyirmi masa iştirakçılarına həmçinin layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı kitabçalar təqdim olunub”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər