star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DMX yanında İctimai Şuranın fəaliyyəti yüksək qiymətləndirilib

DMX yanında İctimai Şuranın fəaliyyəti yüksək qiymətləndirilibAvqustun 22-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın IV tərkibinin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər prosesində ictimai iştirakçılığın təmin edilməsinə və ictimai nəzarətə xüsusi önəm verildiyini bildirib. Bu istiqamətdə İctimai Şura ilə səmərəli əməkdaşlığın reallaşdırıldığını vurğulayıb.

Vüsal Hüseynov son iki il ərzində İctimai Şuranın fəaliyyətinə diqqət çəkərək Şurada təmsil olunan 9 nəfərdən ibarət vətəndaş cəmiyyəti nümayəndələrinin işini müsbət dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ötən dövr ərzində İctimai Şura ilə Dövlət Miqrasiya Xidmətinin sıx əməkdaşlıq etdiyini və dövlət orqanı ilə vətəndaş cəmiyyəti arasında “körpü” rolunu oynadığını vurğulayıb.

Qeyd edib ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyəti dövründə mütəmadi olaraq miqrantlarla görüşlər keçirib, miqrantların qəbullarını təşkil edib, onların təkliflərini, problemlərini öyrənib Xidmətlə əlaqəli şəkildə həll edib.

Görüşdə çıxış edən DMX yanında İctimai Şuranın IV tərkibinin sədri Azər Allahverənov göstərilən dəstəyə görə minnətdarlığını bildirib, Şuranın iki illik fəaliyyətinə dair təqdimatla çıxış edib. Qeyd edib ki, İctimai Şuranın IV tərkibinin ümumilikdə 10 iclası keçirilib. Şuraya müraciət edən 366-a qədər əcnəbiyə hüquqi məsləhətlər verilib, zəruri texniki dəstəklər göstərilib, 94 nəfər miqrant üçün psixoloji məsləhətlər və seminarlar daxil olmaqla psixoloji terapiya tədbirləri keçirilib. Qeyd edilən dövrdə İctimai Şura üzvlərinin iştirakı və təmsilçiliyi ilə 35 tədbir reallaşdırılıb.

İctimai Şura üzvlərinin monitorinqlərin keçirilməsi fəaliyyəti çərçivəsində Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, həmçinin Gəncə, Xaçmaz və Şəki regional miqrasiya idarələrinə səfərləri təşkil olunub. Monitorinqlər zamanı mərkəzdə saxlanılan miqrantlarla İctimai Şura üzvləri tərəfindən fərdi görüşlər keçirilib, həmin şəxslərin saxlanılma şəraiti, rəftar, qida təminatı və digər məsələlərlə bağlı ictimai nəzarət həyata keçirilib.

Həmçinin İctimai Şuranın üzvləri onların fəaliyyəti üçün yaradılmış şəraiti qeyd edib, Xidmət tərəfindən həyata keçirilən tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.

Sonra İctimai Şuranın fəaliyyəti ilə bağlı video-icmal nümayiş olunub. Şura üzvlərinə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Eyni zamanda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın IV tərkibinin sədri Azər Allahverənov Şura ilə yaxından əməkdaşlıq edən media nümayəndələrini təltif edib.

Görüşdə həmçinin vətəndaş cəmiyyəti institutlarının üzvləri çıxış edərək İctimai Şuranın fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər