star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Boradigahın işıq problemi - Prezidentə müraciət

Boradigahın işıq problemi - Prezidentə müraciətAzərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə,
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova.

Hörmətli Prezident, hörmətli Vüqar müəllim, son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin biz də şahidiyik.

Cənab prezidentin açılışını etdiyi obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ilk yerdə olacaq. Amma təəssüf ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur.

Bu qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir.

Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı halda 190-195-dən çox olmur.

Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa , vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq.

Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur.

Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir. Böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz.

Hörmətlə,
Ədalət Əhmədov- müəllim;
Məmməd Məmmədov- müəllim;
Böyükağa Zeynalov- müəllim;
Elçin Əhmədov- müəllim;
Rasif Talıbov- şəhid atası;
Elmar Yusifov- Qarabağ qazisi ;
Əzim Məmmədov Qarabağ qazisi.
Cəmi 20 nəfər


Qarşı tərəflə əlaqə saxlamaq mümkün olmadı, mövqeyini dərc etməyə hazırıq.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər