Fond vəzifəli şəxslərin hesabatlılığını tənzimləyən qanunvericiliyə təkliflər paketi təqdim edəcək

Fond vəzifəli şəxslərin hesabatlılığını  tənzimləyən qanunvericiliyə təkliflər paketi təqdim edəcək“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir . Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq.

Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər