Bakıda 13 yaşlı qız itkin düşdü
Dərc olunub:
18-08-2023, 10:24
Bakıda 13 yaşlı qız itkin düşüb.
Avrasiya.net xəbər verir ki, hadisə avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü Aytac Məhərrəmli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.