Baş prokuror Kəlbəcər və Laçında hərbçilərlə GÖRÜŞDÜ

Baş prokuror Kəlbəcər və Laçında hərbçilərlə GÖRÜŞDÜAzərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə olduğu kimi hərbi sahədə də durmadan inkişaf etdiyini bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər