star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Müvəkkil Hüquq Mərkəzinin sədri şəhid Elməddin Vəkilovun ailəsini ziyarət edib

Müvəkkil Hüquq Mərkəzinin sədri şəhid Elməddin Vəkilovun ailəsini ziyarət edibMüvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Daşkəsəndə şəhid Elməddin Vəkilovun ailəsini ziyarət edib.

Elməddin Vəkilovun şəxsi həyatı və döyüş yolu barədə məlumat verən anası Nərgiz Vəkilova həyat yoldaşı Vəkilov Nizami Nəcəf oğlunun I Qarabağ müharibəsinin iştirakçısı kimi Tərtər müdafiəsində iştirak etdiyini Elməddin Vəkilovun vətənpərvər bir ailədə böyüdüyünü bildirib.

Bu barədə Mərkəzinin sədri Səməd Vəkilov QHT.az- a məlumat verib. O, qeyd edib ki, Elməddin Vəkilovun ailə üzvüləri bir müddət Qazax rayonunun Kəmərli kəndində yaşayıb sonra isə Qərbi Azərbaycanın Allahverdi rayonunun Axtala kəndinə köçüblər: “Baş əsgər 21 avqust 1988-ci ildə Axtala kəndində doğulub, həmin il Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların deportasiyası ilə bağlı ailəsi ilə birlikdə Daşkəsən rayonuna köçüb. Ailənin 3 oğlan övladından ikincisidir. 2006-cı ildə Daşkəsən şəhər İmaddədin Nəsimi adına 1 saylı tam orta məktəbi bitirib. 2006-cı ildə Daşkəsən RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 1 aprel 2008-ci il tarixində ordudan təxris olunub. Şəhid general Polad Həşimov Daşkəsən rayonunda hərbi-hissə komandiri işlədiyi dövrdə 2014-cü ilin may ayında həmin hərbi hissədə yenidən xidmətə başlayıb. O, üzün müddət general Polad Həşimovun komandanlığı altında xidmət edib. 25 avqust 2019-cu ildə ailə həyatı qurub”.

Vətən müharibəsi başlayanda Elməddinin Daşkəsəndə yerləşən hərbi hissədə Müddətdən Artıq Xidmət Edən Baş əsgər kimi xidmətdə olduğunu deyən Səməd Vəkilov Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şücaət göstərərək onlarla erməni hərbiçisini məhv etdiyini də bildirib: “27 sentyabr 2020-ci il tarixində şəhid olub. Nəşini 8 ay axtarışdan sonra 7 may 2021-ci il tarixində taparaq ailəsinə təhvil verilib. Şəhid 8 may tarixində Daşkəsən rayon Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli № 2722 saylı Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli, № 2722 saylı Sərəncamı ilə “Kəlbəcərin azad olunması” 13.0.2021-ci il tarxli № 0207 saylı Sərancamı ilə “Şücaətə görə” medalı, 05.11.2022-ci il tarixli №3573 saylı Sərəncam ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Yazıçı Etibar Həsənzadənin Daşkəsən şəhidlərinə həsr edilmiş “Vətən uğrunda” kitabında Elməddin Vəkilovun fəaliyyəti barədə geniş məlumat yer alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər