star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Daşkəsəndə yazıçı Etibar Həsənzadə ilə görüşüb

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Daşkəsəndə yazıçı Etibar Həsənzadə ilə görüşübMüvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Daşkəsəndə yazıçı Etibar Həsənzadə ilə görüşüb. Etibar Həsənzadə “Qarabağ Azərbaycandır!” adlı layihə çərçivəsində hazırladığı “Vətən uğrunda” kitabını Səməd Vəkilova hədiyyə edib. E.Həsənzadənin adıçəkilən kitabı 44 günlük Vətən müharibəsində iştirak edən Daşkəsən rayonundan olan şəhidlərə, qazilərə və döyüşçülərə həsr edilib. Eyni zamanda kitabda şəhid generalımız Polad Həşimiovun həyat hekayəsi əsgərlərinin onun haqqında xatirələri yer alıb.

Qeyd edək ki, ana tərəfdən Qarabağ xanı İbrahim xanın şəcərəsindən olan yazıçı Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur.

Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.

"İstedad Sorağında"(Azərbaycan Respublikası Prezidenti yanında QHTDDŞ-nın təşkilatçılığı) müsabiqədə birincilik qazanmışdır (2015). 2019-cu ildə Prezident təqaüdçüsü olan Etibar Həsənzadə bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. E.Həsənzadə həmçinin Türkiyədə fəaliyyət göstərən Beynəlxalq İdeal Sülhün Təbliği Vəqfinin Beynəlxalq Sülh Səfiri, Türkiyə Turizm Tanıtma Forumunun (TUTAP) Mədəniyyət Səfiri seçilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər