Şabranda 15 yaşlı gənc intihar edib
Dərc olunub:
15-08-2023, 15:32
Şabran rayonunda gənc intihar edib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.
Belə ki, rayon sakini 2008-cı il təvəllüdlü Abdullayev Nəcəf Ariz oğlu yaşadığı fərdi yaşayış evinin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.