star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT təlimlərini davam etdirir

QHT təlimlərini davam etdirirAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər davam etdirilir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə 3 ay müddətində olmaqla Bakı şəhərində icra olunması nəzərdə tutulur.

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.
01 avqust 2023-cü il tarixdə başlamış təlimlərin artıq 3-cü həftəsinə keçid edilmişdir. Təlimlərin 2-cü həftəsində iştirakçılara təlimin proqramına uyğun olaraq gəlirlərin uçotu məqsədləri üçün MHBS (IFRS) 15 №-li Müştərilərlə müqavilələr üzrə gəlirlər standartı, MHBS (IFRS) 13 №-li “Ədalətli Dəyərin Ölçülməsi” standartı, aktivlərin uçotu məqsədləri üçün MUBS (İAS) 2 №-li “Ehtiyatlar” adlı standartı, MUBS (IAS) 7 №-li “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” standartı, MUBS (İAS) 16 №-li “Torpaq, tikili və avadanlıqlar” adlı standartları üzrə tədris davam etdirilmişdir.

Təlimin 3-cü həftəsində iştirakçılara təlimin proqramına uyğun olaraq MUBS (IAS) 20 №-li “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” standartı, MUBS (IAS) 23 №-li “Borclar üzrə məsrəflər” adlı standartı, MUBS (IFRS) 16 №-li “İcarələr” adlı standartı, MUBS (IAS) 38 №-li “Qeyri-maddi aktivlər” adlı standartı, MUBS (IAS) 40 №-li “İnvestisiya mülkiyyəti” adlı standartı, MUBS (IAS) 41 №-li “Kənd təsərrüfatı” standartı və MUBS (IAS) 36 №-li “Aktivlərin Qiymətdən düşməsi” beynəlxalq standartlar tədris ediləcəkdir.

Ümumilikdə təlimlərin 1 ay müddətində, həftədə 3 dəfə olmaqla onlayn formatda keçirilməsi nəzərdə tutulur. Təlimin yekununda hər bir təlim iştirakçısının bilik və bacarıqları qiymətləndiriləcək, onlara pulsuz təlim materialları təmin edilməklə yanaşı, təlimdə iştiraka dair sertifikatlarla təmin ediləcəkdirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər