Azərbaycanda general vəfat etdi
Dərc olunub:
14-08-2023, 14:39
Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.
Avrasiya.net Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.
O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.