İstirahətə gedən kişi özünü asdı
Dərc olunub:
14-08-2023, 13:38
Qax rayonunun İlisu kəndinə istirahətə gedən kişi intihar edib.
Avrasiya.net xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
