star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Əbədi iztirab” sənədli filminin çəkilşinə başlanılır

“Əbədi iztirab” sənədli filminin çəkilşinə başlanılır“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əbədi iztirab” adlı sənədli filmin çəkilişi (ingilis dilində)” adlı layihəsinin icrasına başlayıb.

Layihənin ideyası Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, hələ XVIII əsrdə qəbul edilmiş beynəlxalq humanitar hüququn təməl prinsiplərini təşkil edən müddəalara belə əməl edilmədən işgəncələrə məruz qalaraq, şəxsiyyətləri tapdanaraq, şantaj edilərək, hədə-qorxu altında saxlanılaraq, alçaldılaraq, fiziki, mənəvi, psixoloji, seksual zorakılıqlara məruz qalaraq dözülməz şəraitdə saxlanıldıqdan sonra erməni əsir və girovluğundan azad edilmiş, bu gün mənəvi və psixoloji gərginlik və iztirablar içində yaşayan şəxslər haqqında beynəlxalq təşkilatlara məlumat vermək üçün ingilis dilində sənədli filmin çəkilməsidir.

Çəkiləcək sənədli filmdə münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq nümayiş etdirən beynəlxalq təşkilatlar və sözdə özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə əyani şəkildə, günahsız müharibə qurbanlarının dilindən tanış olacaqlar. Azərbaycan həqiqətləri və erməni vəhşilikləri dəlil-sübutlarla, olduğu kimi dəhşətli işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş soydaşlarımız vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılacaqdır.

Layihə 3 ay ərzində Bakı şəhəri, Abşeron inzibati ərazisində həyata keçiriləcəkdir. Filmin çəkilişi başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər