"Neftçi"nin oyununa baxmağa gedən yeniyetmə itkin düşdü
Dərc olunub:
4-08-2023, 19:59
Bakıda 17 yaşlı yeniyetmə itkin düşüb.
Avrasiya.net xəbər verir ki, ötən gün Abdulrəhmanlı Əli “Neftçi”nin oyununa baxmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırma aparılır.
Məlumata görə, Ə.Abdulrəhmanlı bu il universitetə qəbul olub.
Onu görənlərdən 051 506 12 82 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.