star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"HEÇ BİR XƏSTƏLİYİ YOX İDİ, BİR İLDƏ ŞAM KİMİ ƏRİDİ...” – Sürət Hüseynovun köməkçisindən sensasiyalı iddialar

"HEÇ BİR XƏSTƏLİYİ YOX İDİ, BİR İLDƏ ŞAM KİMİ ƏRİDİ...” – Sürət Hüseynovun köməkçisindən sensasiyalı iddialarDünən Türkiyənin İstanbul şəhərində klinikaların birində vəfat edən Azərbaycanın keçmiş Baş naziri, qiyamçı polkovnik Sürət Hüseynovun zəhərləndiyi iddia olunur.

Belə bir iddia ilə S.Hüseynovun köməkçisi Könül Rafiqqızı çıxış edib. O, BBC-yə açıqlamasında Sürət Hüseynovun “tədricən zəhərləndiyini” iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Sürət Hüseynov Türkiyədə taqətdən düşəcəq qədər zəifləməyə başlayıb.

“BBC Azərbaycanca” İstanbulda səhhəti pisləşən Sürət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı "intihar, zəhərlənmə və ya zərbə şübhəsi" olduğu üçün Sürət Hüseynovun qeydiyyatı "adli durum" kimi aparılıb.

"Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar" "adli durum" kimi qiymətləndirilir.

Bazar ertəsi yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.
Ətraflı

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparlıb.

Türkiyənin “Cümhuriyyət” qəzeti Medipol Mega Üniversitetinə istinadən bildirir ki, Surət Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Medipol Mega Üniversitetinin yaydığı açıqlamada bildirilir ki, Sürət Hüseynov əvvəlcə Arnavutköy Dövlət xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiyası olan Medipol Mega Üniversitetinə gətirilmişdi. “İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu geri qaytarmaq mümkün olmayıb”, - “Cümhuriyyət” qəzeti universitetin açıqlamasına istinad edib. “Cümhuriyyət” Sürət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb.

Sürət Hüseynovun köməkçisi Könül Rafiqqızı bildirib ki, bir il əvvəl Surət Hüseynov müayinə olunmaq üçün Türkiyədə bir xəstəxanaya müraciət edib, ona öd kisəsində daş olduğu deyilib, buna inanmadığı üçün o, başqa xəstəxanaya müraciət edib və əvvəlki diaqnoz burda təsdiqlənməyib.

Onun dediyinə görə, Türkiyədə müalicəni dayandırandan sonra tədricən səhhəti qaydasına düşsə də, tam sağala bilməyib: “Bizə məlum olmayan səbəbdən 1 il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istər Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”, o deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər