Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu Bildiyimiz kimi dil hər bir xalqın milli varlığını müəyyən edən ən böyük sərvətdir. Tarixin bütün sınaqlarından uğurla çıxan xalqımız bu sərvəti qoruyub saxlamış və bizlərə miras buraxmışdır. Milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmişdir. Tarixin müəyyən dövrlərində müxtəlif təzyiqlərlə və təhlükələrlə üz-üzə qalmasına baxmayaraq xalqımız öz milli sərvəti olan dilimizi qoruyub saxlamışdır.

Ana dilinin yaşadılmasında cəmiyyətin bütün üzvlərinin, xüsusilə aparıcı qüvvə olan ziyalıların böyük rolu vardır. Bununla yanaşı tarix hər zaman sübut edib ki, dilin inkişafı müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixində rol oynayan liderlərin adları ilə sıx bağlıdır.

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ilk dəfə Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etmişdir. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyətimiz Sovet işğalı nəticəsində süqut etdikdən sonra bütün milli dəyərlərimiz kimi ana dilimiz də müxtəlif təzyiqlərə məruz qaldı. Lakin 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi milli özünüdərkin formalaşması və azərbaycançılıq məfkurəsinin inkişaf etməsiylə nəticələndi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidməti isə məhz onun qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbiti olunmasıdır.

Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdikdən sonra dövlət dilimizin inkişafı istiqamətində yeni bir səhifə açılmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Belə ki, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı qərar qəbul edilsə də bunun tam şəkildə icrası müxtəlif səbəblərdən illərlə uzandı. Nəhayət Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanına əsasən bu proses başa çatdı və 2001-ci ilin 1 avqustunda ölkə ərazisində tam şəkildə latın qrafikalı əlifbaya keçid oldu. Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli fərmani ilə isə ölkəmizdə 1 avqust tarixi “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edildi. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Sonrakı illərdə də bu siyasət uğurla davam etdirilmiş və dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər