94 yaşlı müharibə veteranı bələdiyyə sədrindən şikayət edib - Video

94 yaşlı müharibə veteranı bələdiyyə sədrindən şikayət edib - Videoİsmayıllı rayonu İstisu kənd sakini Böyük Vətən müharibəsi veteranı Yeni Azərbaycan Partiyasının üzvü, 2-ci dərəcəli əlil Əmirov Sədrəddin Seyfəddin oğlu Avrasiya.net-in redaksiyasına İstisu Bələdiyyəsi sədrindən şikayət edib.

94 yaşlı Böyük Vətən müharibəsi veteranı müraciətini redaktə edərək təqdim edirik:

Mən Böyük Vətən müharibəsi veteranı Əmirov Sədrəddin Seyfəddin oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm.

Belə ki, mən İsmayıllı rayon İstisu Bələdiyyəsindən müqavilə əsasında 3 hektar torpaq sahəsini icarəyə götürmüşəm. İcarə müqaviləsinin müddəti bitmədən bələdiyə sədri Zöhrə Şalbuzova vəzifəsindən sui-istifadə edərək həmin torpaq sahəsini başqa şəxslərə satmışdır. Hansı ki, mən müqavilənin şərtlərini pozmamışam topağı əkib becərib məhsul götürmüşəm vaxtlı- vaxtında icarə pulunu ödəmişəm.

Zöhrə Şalbuzova İsmayıllı rayonunun Sumaxallı, Qalacıq və İstisu kəndlərinin bələdiyyəsinin sədridir. Zöhrə Şalbuzova uzun illərdir bələdiyə sədri olsada heç bir iş görməyib. Əgər onun fəaliyyəti təftiş edilərsə qanunsuz əməlləri təsdiqini tapacaq.

İstisu dağların əhatəsində çayın sahilində dilbər güşədə yerləşən səfalı bir kənddir. Kəndimizə indiyə qədər yol çəkilməyib deyə kəndə gediş-gəliş çox çətindir.

Mən Böyük Vətən müharibəsi iştirakçısıyam 94 yaşım var. Prezident cənab İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına daima diqqət və qayğı göstərir. Özüm uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Böyük ailəm var. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb bələdiyyə sədri Zöhrə Şalbuzovanın barəsində qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.



Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər