Qız Qalasının qarşısında yoqa sessiyası keçirilib

Qız Qalasının qarşısında yoqa sessiyası keçirilib19 iyun 2023-cü il tarixində Bakının tarixi mərkəzində, əzəmətli Qız Qalasının qarşısında xüsusi yoqa sessiyası keçirilib.

Bu tədbir Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə baş tutub.

Hindistan Səfiri cənab Sridharan Madhusudhanan göstərdiyi dəstəyə görə “İçərişəhər” administrasiyasına minnətdarlığını bildirib. O, belə bir tarixi məkanda yoqa və sağlamlıq arasında vəhdəti vurğulayıb.

Tədbirdə əsas iştirakçılar qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru cənab Vüqar Hüseynli və “İçərişəhər” Qoruğunun Kütləvi Tədbirlər Şöbəsinin müdiri Bəyaz Sadıxova iştirak ediblər.

Yoqa seansını “The Art of Living” təşkilatından təcrübəli yoqa mütəxəssisi cənab Kənan Məmmədov aparıb. Onun rəhbərliyi altında iştirakçılar müxtəlif yoqa duruşlarını və nəfəs texnikalarını yerinə yetiriblər.

Belə bir unikal məkanda baş tutmuş bu uğurlu tədbir Bakıda yoqanın artan populyarlığını nümayiş etdirib, eləcə də Hindistanın Azərbaycandakı Səfirliyinin yoqanın faydalarını daha da geniş ictimaiyyətə çatdırmaq üzrə öhdəliyini vurğulayıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər