Şabranda bir qrup tibb işçisi mükafatlandırılıb - Fotolar

Şabranda bir qrup tibb işçisi mükafatlandırılıb - FotolarTibb İşçilərinin Peşə bayramı münasibətilə Şabran rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Tədbirdə iştirak edən Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev Şabran RMX PHŞ-nin tibb kollektivinin timsalında bütün tibb işçilərinin peşə bayramını təbrik etmiş və onlara bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb.

İlkin Ağayev öz çıxışında bildirib ki, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Şabran RMX PHŞ-nin direktoru Səxavət Cəbrayılov qeyd etmişdir ki, Ümummilli liderin başladığı işlər bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Səhiyyə Nazirliyi Prezidentin sosialyönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün səhiyyəmizin əsas inkişaf istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir.

Sonda Şabran rayonun tibb sahəsində fərqlənən bir qrup tibb işçisi Şabran rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə mükafatlandırılıb.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər