“Royal Bank” rəhbərinin və oğlunun işi yenidən araşdırılacaq

“Royal Bank” rəhbərinin və oğlunun işi yenidən araşdırılacaq“Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu-bankın baş drektoru Fuad Camla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Avrasiya.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edib.

14 epizod üzrə prosesual məsələlərə yenidən baxılması üçün iş apellyasiya instansiyasına qaytarılıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub. İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Onlar rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə saxta maliyyə əməliyyatları həyata keçiriblər. Bununla da külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.

Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fuad Cama 8 il, Əli Cama 5 il həbs cəzası verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər