Şabran şəhər 1 saylı tam orta məktəbdə “Son zəng” çalınıb - Fotolar

Şabran şəhər 1 saylı tam orta məktəbdə “Son zəng” çalınıb - FotolarBu gün hər yerdə olduğu kimi,o cümlədən Şabran şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

"Son zəng" tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirildi.

Vetennamine.az -ın əməkdaşının iştirak etdiyi T.Abbasov adına 1 nömrəli tam orta məktəbdə bu gün 11- ci siniflərdən 74 nəfər 9 - cu siniflərdən 112 nəfər məzun oldu.

Məktəbin direktoru Fikrət Şamxalov məzunlara öz xoş sözlərini çatdıraraq gələcək həyatlarında uğurlar arzu edib.

Məktəbin fəxri qonaqları da öz xoş arzularını məzunlara bildirdilər.Məktəbin bir qrup müəllim və şagirdləri təhsildə fərqləndiklərinə göre fəxri fərman və hədiyyələrlə təltif olundular.

Sonda hamının gözlədiyi son zəng çalındı.11-ilik doğma məktəblərinə məzunlar vida etdilər.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olur.

Əziz məzunlar bizde sizləri təbrik edir gələcək həyatlarınızda uğurlar arzu edirik.









Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər