Su kanalında 44 yaşlı kişi meyiti tapıldı
Dərc olunub:
10-06-2023, 10:18
Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.
Avrasiya.net xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.
Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
