Mentol ətirli siqaretlər zərərlidir - Nazirlik rəsmisi

Mentol ətirli siqaretlər zərərlidir - Nazirlik rəsmisi“Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar”.

Avrasiya.net-in xəbərinə görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev deyib.

O bildirib ki, tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur: “Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir”.

“Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir. Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır”, - Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər