Sizin Reklam Burada

"27 yaşlı gənc dönər aparatı istəmir, sosial yardım axtarır" - Nazir müavini

"27 yaşlı gənc dönər aparatı istəmir, sosial yardım axtarır" -"Bir qadın cavan oğlu ilə qəbula gəlmişdi ki, bizə kömək edin, sosial yardım alaq. Oğlana sual etdim ki, niyə işləmirsən? Bildirdi ki, iş yeri yoxdur. Soruşduq 27 yaşına qədər heç bir işlə məşğul olmamısan? Deyir Bakıda dönər satmışam. Dedim burada dönər sata bilərsən? Cavab verdi ki, edə bilərəm".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

"Tapşırıq verdik ki, cavan oğlan bütün hər şeylə təmin olunsun. Sonra məktub yazdı ki, yox dönər aparatı, heç nə istəmirəm, sosial yardım ayrılsın. Bu da bizim 27 yaşında gəncimiz, sağlam adamdır. Problemimiz budur. Dövlətin büdcəsindən 5 manat pul alım, amma dəyər yaratmayım. Statistikaya görə, dünayda cəmi 5 % insanda sahibkarlıq ruhu var. Amma bizdə bu da yoxdur. İnsanlar bu mənada passivləşib”, - deyə nazir müavini vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər