Lerikdə itkin düşən 28 yaşlı gəncin meyiti dərədə tapılıb

Lerikdə itkin düşən 28 yaşlı gəncin meyiti dərədə tapılıbLerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynovun meyiti dərədə tapılıb.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Almu kəndində baş verib.

28 yaşlı gəncin meyiti ailələrinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından aşkarlanıb.

Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.

Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər