İnam Kərimov deputatlara təşəkkür etdi

İnam Kərimov deputatlara təşəkkür etdiXəbər verdiyimiz kimi, bu gün kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə hakimi təyin edilməsi ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə daxil edilən bu məsələ haqda məlumat verib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi haqda danışıb, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən bəhs edib.

Birinci vitse-spiker qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan ASAN Xidmətiin ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra etmişdir.

Ə.Hüseynli İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.

Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev, Nurlan Həsənov, Nizami Səfərov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov çıxış ediblər. Millət vəkilləri İnam Kərimovun məsul dövlət postlarında çalışarkən öz vəzifəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.

Deputatlar İnam Kərimovun hüquq ictimaiyyətində peşəkar hüquqşünas və alim kimi nüfuz qazandığını vurğulayıblar, onun Ali Məhkəmənin hakimi kimi öz təcrübəsindən, peşəkarlığından və elmi-nəzəri biliklərindən istifadə edərək məhkəmə sisteminə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda iştirak edən İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara öz təşəkkürünü bildirib.

Onlayn iclasda deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Cəbi Quliyev, Vüqar İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər