Sizin Reklam Burada

“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib - Foto +VİDEO

“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib - Foto +VİDEO“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü Milli Məclisin Gənclər və idman komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsənlə olub.  

Avrasiya.net xəbər verir ki, ilk öncə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.

Daha sonra Bakı Slavyan Universitetində İngilis dili və ədəbiyyatı ixtisasının 1-ci kurs tələbəsi Rəvan Məmmədli və Bakı Slavyan Universiteti Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi Xədicə Əmirova ilə görüşən millət vəkili Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsi olan gənclər siyasəti nəticəsində təhsilalanların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamalarıdan bəhs edib. 

Millət vəkili qeyd edib ki, dövlətin gənclərin ictimai fəallığının təmin edilməsi üçün yaratdığı geniş imkanlar nəticəsində müasir Azərbaycan gəncliyi cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Millət vəkili ölkə gənclərinin, xüsusilə də təhsilalanların ictimai fəallığına münasibət bildirərək mövzuya aid məsələləri müzakirə edib, həmçinin onların həlli yolları barədə öz fikirlərini bölüşüb. Millət vəkili müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər