Nurlana Əliyeva məhkəməyə gəldi
Dərc olunub:
3-04-2023, 09:58
Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.
Avrasiya.net apa-ya istinadən xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesə sədrlik edən hakim Əli Məmmədov “şöbə müdiri ittiham olunursa” universitet rəhbəri məhkəmədə dindirilməlidir”-deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.
Prosesin gedişi barədə məlumat veriləcək.