Sizin Reklam Burada

Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilibBu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan gənclərinin təşkilatlanması da əsas məqsədlərdəndir. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün onların ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatları yaradılıb, onların fəaliyyətlərinin təşkili üçün hər cür şərait qurulub. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmələri, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalarıdır.

Dövlətimiz gənclərin sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri üçün əlindən gələni əsirgəmir. Azərbaycan gəncləri də bu gün ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib.

Hazırda Azərbaycan gəncləri öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilib. Ölkəmizdə bir çox könüllü gənclər ASAN xidmət və DOST kimi dövlət müəssisələrində çalışırlar. Xüsusilə bu müəssisələr müasir dövrümüzdə gənclərimizin əmək qabiliyyətlərini inkişaf etdirib, artırmaq üçün fürsət yaradır. Hətta əmək qabiliyyəti yüksək olan gənclərimizi işlə təmin edir. Ona görə də düşünürəm ki, bu cür dövlət müəssisələrimiz gənclərimiz üçün çox universaldır. Hətta çox sevindirici bir haldır ki, bu gün Azərbaycanda könüllü fəaliyyət üçün qoyulan yaş həddi 16 yaşa endirilib.

Bu da onu göstərir ki, dövlətimiz öz gənclərini çox erkən yaşlardan inkişaf etməyə və onları bu yaşdan etibarən uğura sövq etmək istəyir. Hazırda fəaliyyət göstərən bu könüllü təşkilatlar bütün bacarıqlardan istifadə etmək və yeni bacarıqlar kəşf etmək imkanı yaradır.

Özgüvənin artırılması

Könüllü proqramları eyni zamanda da bizə müxtəlif bacarıqlarımızı ortaya çıxartmağa kömək edir. Hansı ki, bacarmaram dediyimiz, əl çəkdiyimiz bütün fəaliyyətlərimiz, bacarıqlarımız burada üzə çıxır. Nəticədə biz öz bacarıqlarımızı daha yüksək səviyyədə göstərə bilirik.

Yeni insanlarla tanış olmaq

Ünsiyyət insan həyatında başlıca proseslərdən biridir. Fəaliyyətdə olduğumuz hər yerdə yeni insanlarla qarşılaşırıq. Bu da bizim yeni insanlarla həmsöhbət olub, onları yaxından tanımağımıza imkan yaradır. Onu da qeyd edə bilərəm ki, ünsiyyət zamanı tanıdığımız hər yeni insan həyatımızda müsbət enerji yaradır. Bundan başqa Elm və Təhsil Nazirliyi də bizim müxtəlif layihələrdə iştirak etməyimiz üçün şərait yaradır. Belə layihələrdən biri də “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsidir. Bu layihədə iştirak etmiş bir tələbə olaraq onu qeyd edə bilərəm ki, bu layihə həqiqətən də gənclərin inkişafı, formalaşması, dünyagörüşünün artırılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Həmçinin tələbələrlə həmsöhbəti zamanı hörmətli nillət vəkili Ramil Həsənin gənclərə verdiyi istiqamətlər də təhsilalanların ictimai fəallığının dəstəklənməsində əhəmiyyətli rol oynayır.

Əmirova Xədicə Əbülfəz qızı
Bakı Slavyan Universiteti Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər