“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib - FOTO +VİDEO

“Millət vəkili ilə dialoq” adlı platformasının növbəti  görüşü keçirilib - FOTO +VİDEO"XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “ Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü keçirilib.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərovun qonaqları BDU-nun tələbələri Tahir Qurbanlı və Ayan İskəndərli olub.

Əvvəlcə layihə rəhbəri Könül Quliyeva layihənin məqsəd, vəzifələri, görüləcək işlərlə bağlı qısa məlumat verib.

Millət vəkili bu mövzuda layihələrin həyata keçirilməsinin əhəmiyyəti və vacibliyini qeyd edib.

Millət vəkili görüşdə qeyd edib ki, Azərbaycan dövləti tərəfindən gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Son zamanlar təkcə paytaxtda deyil, regionda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir.

Deputat onu da vurğulayıb ki, gənclərin ictimai fəallığının artırılması onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsirləri var. Bununla yanaşı, gənclərin intellektual inkişafına, onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrinin də mühüm rolu vardır.

Sonda M. Cəfərov müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər