Direktor müəllimləri məktəbə buraxmadı
Dərc olunub:
31-03-2023, 10:42
Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşanıb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına maneə yaradıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.