“Azərbaycanda pambıqçılığın inkişafında elmin rolu" mövzusunda tədbir keçirilib
Bitki mühafizə və Texniki bitkilər Elmi Tədqiqat institutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən silsilə tədbirlər davam edir.
Növbəti dəfə keçirilən dəyirmi masada “Azərbaycanda pambıqçılığın inkişafında elmin rolu” təhlil edilmiş, bu məsələlərin həllində Heydər Əliyevin xidmətləri qeyd olunub.
Dəyirmi masada GDU-nun botanika kafedrasının müdiri, elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, həmin kafedranın professor əvəzi, biologiya elmləri doktoru Aynur Bayramova, ATU-nun innovasiya və elmi işlər üzrə prorektoru , professor, iqtisad elmləri doktoru Mayis Gülalıyev, AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident təqaüdçüsü, tarix elmləri üzrə fəlsəfə doktoru Elnur Həsənov, Göygöl DAİM sədri Elməddin Əhmədov, Daşkəsən DAİM sədri Rahil Həsənov və digərləri iştirak etmişlər. Çıxış edənlər Heydər Əliyevin aqrar sahənin, aqrar elmin, pambıqçılığın inkişafına verdiyi dəyərlərdən bəhs ediblər.