ADAU-da Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Respublika elmi-praktik konfransı keçirilib

ADAU-da Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Respublika elmi-praktik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADAU-da yerləşən büstü önünə tər çiçəklər düzüblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Konfransı açıq elan edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyillərinin aradan qaldırılıb, səmərəli islahatların əsasının qoyulduğunu deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını və Ümummilli Liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə az bir zamanda iqtisadi tərəqqinin əldə edildiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.

Daha sonra Meyvəçilik və Çayçılıq ET İnstitutunun direktoru İlham Qaraqurbanlı “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru Vüqar Səlimov “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, Tərəvəzçilik ET İnstitutu Publik Hüquqi Şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyevin “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib.

Konfrans işini panel müzakirələrlə davam etdirib.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər