Sizin Reklam Burada

İlham İsmayılın oğlu saxlanıldı - FOTO

İlham İsmayılın oğlu saxlanıldı -Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə saxlanılıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham İsmayıl saytımıza açıqlamasında bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: “Hazırda vəkili problemi həll edir”.

Qeyd edək ki, C. İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada olub. Buna görə də İnterpol axtarışına verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər