Sizin Reklam Burada

Fazil Mustafa ikinci dəfə əməliyyat olundu

Fazil Mustafa ikinci dəfə əməliyyat olunduÖtən gün evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa bu gün ikinci dəfə əməliyyat olunub.

Bu barədə “Qafqazinfo”ya deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.

O qeyd edib ki, F. Mustafa əvvəlcə Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub: "Lakin çiyin nahiyəsindən aldığı yarada yarana biləcək problem səbəbindən köçürüldüyü klinikada növbəti dəfə əməliyyat edildi. Hazırda əməliyyatdan çıxıb və səhhətini normal hesab eləmək olar. Özünü yaxşı hiss edir”.

Qeyd edək ki, deputat Fazil Mustafa ötən gün saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər