Sizin Reklam Burada

MM sədri Fazil Mustafanın ailəsi ilə əlaqə saxladı

MM sədri Fazil Mustafanın ailəsi ilə əlaqə saxladıHazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər