Sabirabadda dəhşət: 8 yaşlı uşağın meyiti tapıldı
Dərc olunub:
28-03-2023, 21:30
Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.
Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.