Sizin Reklam Burada

Xızıda oğul atasını buna görə öldürübmüş

Xızıda oğul atasını buna görə öldürübmüşMartın 23-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 58 yaşlı Hacımirzə Aftilov oğlu Sənan Aftilov tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı Sənanın atasını taxta ilə döyüb öldürüməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, qətl hadisəsi söyüş üstündə baş verib.

H.Aftilovun qohumlarının sözlərinə görə, mərhum uzun illər spirtli içki qəbul edirmiş. Bu səbəbdən onların ailəsində tez-tez mübahisələr yaşanıb. Hadisə baş verən gün H.Aftilov sərxoş vəziyyətdə evə gələrək, ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Sənan buna etiraz edəndə atası əlindəki taxta parçası ilə onu vurmağa başlayıb.

Taxtanı atasının əlindən alan S.Aftilov ona zərbələr endirib. Atasının yerə yıxıldığını görən Sənan hadisə yerindən uzaqlaşaraq əmisigilə gedib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər