Sizin Reklam Burada

Cenevrə səfərinin təəssüratları - Aygün Əliyeva yazır

Cenevrə səfərinin təəssüratları -Aygün Əliyeva
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti kimi 13-17 Mart, 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirak etdik. Sessiya zamanı BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovaya, BMT-nin Cenevrə ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo, BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Veres, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru xanım Silviya Motard, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov, BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşlər keçirdik.

Mübaliğəsiz deməliyik ki, dünya güclərinin yaratdığı indiki gərgin siyasi mənzərədə, “Yeni dünya düzəninin” konturlarını müəyyənləşdiyi ərəfədə bir tərəfdən “supergüc dövlət” in, digər tərəfdən Qərbin aparıcı ölkələrinin, o biri tərəfdən Sovet şinelindən çıxmış şimal qonşumuzun, başqa bir tərəfdən dünya iqtisadiyyatında liderliyini günü-gündən möhkəmləndirən Çinin özünəməxsus diqtələri yeni bir eranın başlandığından xəbər verir. “Siyasətdə əbədi dost və düşmən yoxdur, daimi maraqlar var…” prinsipini nəzərə alsaq, beynəlxalq münasibətlərin tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan mövcud olduğumuz regionda sülhün və sabitliyin əbədi bərqarar olması, azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma prosesində dövlətimizin gördüyü nəhəng işlərlə bərabər, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və “yumşaq güc” vasitələrindən istifadə çox önəmlidir.

Müxtəlif mövzularda müzakirələrdə aktiv iştirak edən yerli QHT rəhbərlərinin çıxışlarını izlədikcə bir daha əmin oldum ki, ictimai diplomatiyanı həyata keçirən qeyri-dövlət aktorları kimi vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətdə fəaliyyətinin böyük perspektivləri var, və bu yolda ümummilli və bəşəri dəyərlərə xidmət edən hər kəsin əməyi təqdirəlayiqdir…





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər