Daha bir şəhərdə sosial evlər TİKİLİR

Daha bir şəhərdə sosial evlər TİKİLİRAzərbaycanda daha bir şəhərdə sosial evlərin tikintisinə başlanılır.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nəzdindəki «MİDA» MMC Yevlax şəhərində sosial evərin tikintisinə hazırlıqla bağlı tenderə yekun vurub.

Tender Yevlax şəhəri, Rəşid Budaqov küçəsi, 1 ünvanında 1.9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinin satın alınması ilə bağlı idi. Tenderin qalibi “Global Engineering Managment Company” MMC-dir. “MİDA” şirkətə 214 min 500 manat ödəyəcək.

Yevlaxda neçə bina və mənzilini tikiləcəyi məlum deyil. Qalib şirkət tenderə uyğun olaraq tezliklə binanın layihəsini təqdim edəcək. Bundan əvvəl MİDA Bakı və Gəncə şəhərlərində sosial evlər tikərək satışa çıxarıb. Sumqayıt və Lənkəranda isə belə evlərin tikintisi davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər