DSX-dən əməliyyat: İran vətəndaşları saxlanıldı

DSX-dən əməliyyat: İran vətəndaşları saxlanıldıAzərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.

Bu barədə Avrasiya.net Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər