Komitə sədrindən Ramazan TƏBRİKİ
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Müqəddəs Ramazan ayının gəlişi münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib.
Təbrikdə deyilir:
Dəyrli dostlar, əziz müsəlman bacı-qardaşlar!
Sizi müqəddəs Ramazan ayının gəlişi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında mənəvi birlik ruhunu və duyğusunu gücləndirən, kamilliyinin formalaşmasına xidmət edən bir aydır. Bu ay insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan ayında cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirirərək, sosial durumu lazımi səviyyədə olmayan insanlarımıza maddi və mənəvi dayaq olmağı özümüzün müqəddəs borcu hesab etməliyik.
Bir daha təbriklər!
Tanrı hər birimizə nəfsimizi tərbiyə etməyi, verdiyi nemətlərdən israfsız faydalanmağı və bərəkətlə dolu orucları tutmağı nəsib etsin!
Tanrı bütün dünyamızı qorusun!