Sizin Reklam Burada

Bir məktəbin 10 şəhid məzunun xatirəsi əbədiləşdirilib - Deputat mərasimdə iştirak edib

Bir məktəbin 10 şəhid məzunun xatirəsi əbədiləşdirilib -Siyəzən şəhər 1 saylı orta məktəbinin həyətində bu məktəbin məzunu olmuş 10 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə rayonun deputatı Sadiq Qurbanov “feysbuk”da paylaşım edib.

“Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayır, hər zaman ehtiramla anılırlar. Dünən, Novruz bayramı ərəfəsində Siyəzən şəhər 1 saylı məktəbin həyətində bu məktəbin məzunları olmuş on qəhrəman şəhidimizin xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksinin açılışında şəhid valideyinləri, yaxınları, rayon rəhbərliyi və içtimaiyyətin nümayəndələri ilə birlikdə iştirak etdik”, - deputat yazıb.

Onu da qeyd edək ki, S.Qurbanovun təşkiltaçılığı ilə rayonda 130 şəhid və qazi ailəsinə bayram sovqatı paylanıb.










Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər