Sizin Reklam Burada

Arvadını və qayınanasını bıçaqladı: biri öldü

Arvadını və qayınanasını bıçaqladı: biri öldüMartın 18-də saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın ölməsi barədə Astara rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər