Agentliyin nümayəndə heyəti Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində olublar

Agentliyin nümayəndə heyəti Azərbaycanın  BMT-nin Cenevrə şəhərindəki bölməsində olublarAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovla görüşüblər.

Nümayəndə heyətini salamlayan Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının əhəmiyyətli olduğunu və BMT-nin müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını bildirdi.

Daha sonra çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin təsisatları və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Vətəndaş Cəmiyyəti təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər